Loading

Beynəlxalq dəstəyin böyük göstəricisi.

Azərbaycanın dünya birliyində getdikcə yüksələn nüfuzu ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərin də həm miqyasının, həm də əhəmiyyətlilik dərəcəsinin artmasında özünü göstərir. O cümlədən bu il Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin də ən yüksək səviyyədə təşkili dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamasıdır. Bir neçə gün bundan öncə isə, Azərbaycan növbəti və daha böyük bir uğura imza ataraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının gələn il keçiriləcək 29-cu sessiyasına – COP29-a ev sahibliyi etmək hüququnu qazanmışdır. Bununla əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyev dekabrın 15-də keçirdiyi müşavirədə çıxış edərkən bildirmişdir ki, bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Bu qərar ölkəmizə beynəlxalq aləmdə olan hörmətin günbəgün artdığını təsdiq edir və biz birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycan bu hörməti və nüfuzu ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü mühüm işlər, həyata keçirdiyi son dərəcə uğurlu müstəqil xarici siyasət sayəsində qazana bilmişdir. Dövlət başçımızın hər zaman nümayiş etdirdiyi prinsipiallıq, qəbul olunan bütün qərarların, atılan addımların beynəlxalq hüquqa tam uyğunluğu və əlbəttə ki, ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi Azərbaycana olan bu hörməti daha da artırmışdır. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir.Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.

 

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın