Loading

Dünyanın müharibələrdən, münaqişələrdən yorulduğu bir zamanda bəşəriyyətin xilasına yönəlmiş COP-29 beynəlxalq Konfransının Ölkəmizdə keçirilməsi ilə bağlı qərar tarixi hadisədir.

 

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü, gələcəyə hesablanmış daxili və xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və söz sahibi olub. Cənab Prezidentin həyata keçirdiyi müstəqil siyasət, prinsipial mövqe, o cümlədən şəxsi keyfiyyətləri Ölkəmizi beynəlxalq birliyin arzuolunan və etibarlı tərfdaşına çevirib.Bizlər bu etimadı, inamı bir çox sahələrdə görürük. Bunlardan biri də beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı Ölkəmizə olan inam və etibardır. Azərbaycan üzərinə götürdüyü bütün vəzifələri layiqincə yerinə yetirməklə növbəti təşəbbüsün əsasını qoyur. Son dövrlər gördüyümüz və daha çox alışdığımız mənzərələrdən biri Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməsidir. Məhz həmin tədbirlərdə dünyanın inkişafına təsir edən mühüm elmi, mədəni, siyasi, iqtisadi müzakirələr aparılır, tarixi qərarlar qəbul olunur. Bu mənada Azərbaycanın bu günlərdə qazandığı daha bir uğur sözün əsl mənasında əvvəlkilərindən həm miqyasına, həm də səviyyəsinə görə fərqlənir. COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın qəbul olunması heç şübhəsiz Ölkəmizə verilmiş ən böyük beynəlxalq dəyərdir. Ölkəmizin tarixində ən şərəfli və ən şanlı tarixlərin yazıldığı və bunun da beynəlxalq birlik tərəfindən qəbul edilməsi bizləri çox sevindirir. Bu maştabda tədbirin Azərbaycana etibar edilməsi, böyük ölçüdə siyasi qərardır. Bununla beynəlxalq birlik bəzi dairələrə də mesaj vermişdir. Çünki dünyanın müharibələrdən, münaqişələrdən yorulduğu bir zamanda bəşəriyyətin xilasına yönəlmiş bu tədbirin Ölkəmizdə keçirilməsi tarixi hadisədir. Lakin bu gün bizlər bəzi qərb dairələrinin Ölkəmizə qarşı qarayaxma kompaniyası apardıqlarının şahidi oluruq. Bu mənada Fransa kimi ölkələrin ləkəli tarixlərindən utanmadan son dövrlər Azərbaycanı ittiham etməsi sadəcə təəssüf doğurur. Məhz belə bir anda bu tədbirin keçirilməsinin Azərbaycana etibar edilməsi Fransaya və onu idarə edən qüvvələrə layiqli cavabdır. Beləliklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti böyük uğuru olacaqdır.

 

Xavər Abdullazadə;

           Neftçala rayon gənci

 

Bir cavab yazın