Effektiv xarici siyasət.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Müsahibə dekabrın 9-da “Euronews”da yayımlanıb. Dövlət başçısı müsahibəsində son illər müstəqil Azərbaycanın böyük nailiyyətlər qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi kimi tanınındığını qeyd edib . Eyni zamanda ölkə başçısı hazırda respublikamızın demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkə olduğunu vurğulayıb.
Bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir.Dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.
Ölkə rəhbəri eyni zamanda əlavə etdi ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın Azərbaycanda investisiyaları durmadan artır.Son iki ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqələr misli görünməmiş dərəcədə sıxlaşıb. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın da Azərbaycanda investisiyaları qarşılıqlı surətdə durmadan artır. SPECA Proqramına üzv olan və müşahidəçi qismində qatılan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var və biz bu əməkdaşlığın real nəticələrini görürük. Effektiv xarici siyasət nəticəsində Avropadan olan tərəfdaşlarımızla, müttəfiqlərimizlə də əlaqələrimiz durmadan genişlənir və bizim Avropa təsisatları ilə də münasibətlərimizin öz müsbət dinamikası var.
İlham Gözəlov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri