Loading

Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi bu gün də dünyada baş verən kataklizmlərə, qlobal problemlərə yalnız əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü beynəlxalq birliyə nümayiş etdirir.

Bu gün dünyada baş verən bir çox hadisələr, qütbləşmələr bu və bunun kimi baş verən bir çox proseslər qlobal miqyasda həll edilməli olan məsələlərin olduğunu nümayiş etdirir. Belə ki, çox təəssüflə qeyd etməliyik ki, bəşəriyyətin ümumi problemləri ilə mübarizədə xüsusilə ən inkişaf etmiş dövlətlər tərəfindən heç də ədalətli mövqe nümayiş etdirilmir. Lakin bütün dövrlərdə olduğu kimi bu gün də haqlı olaraq dünyada ən ədalətli birlik hesab edilən Qoşulmama Hərəkatının qlobal problemlərlə mübarizədə əsl ədalət, humanizm nümayiş etdirməsi əlbəttə ki, bəşəriyyətin xeyrinə olan haldır. Bütün baş verənlərin fonunda ən mühüm amillərdən biri də, dünyanın ən çətin, dilemma qarşısında qaldığı vəziyyətdə, siyasi proseslərin ən mürəkkəb dövrlərində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və bu vəzifəni layiqincə yerinə yetirməsi bizləri çox sevindirir. Qeyd edək ki, Ölkəmiz Hərəkata 2011-ci ildə tam hüquqlu üzv qəbul olunub. Lakin ən qısa zaman kəsiyində Azərbaycanın Hərəkatın fəaliyyətində nümayiş etdirdiyi siyasət, taleyüklü məsələlərinin həllində misilsiz rolu Ölkəmizə çox qısa zaman sonra quruma rəhbərlik etmək etimadı qazandırdı. Belə ki, Hərəkata üzv ölkələr 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üçün sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul etdilər. 2021-ci ildə isə Hərəkat ölkəmizin sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılmasına qərar verdi. Əlbəttə ki, bu Azərbaycana, Müzəffər Prezidentimizə göstərilən böyük etimad idi. Təxminən iki il ərzində bütün dünyanı əhatə etmiş koronavirus pandemiyası ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla əksər beynəlxalq təşkilatlar əməkdaşlıq etdilər. Ölkəmizin Hərəkatın sədri kimi pandemiya dövründə irəli sürdüyü təşəbbüslər, Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqəli fəaliyyət, dünyaya nümayiş etdirdiyi mövqe tarixi uğurların qazanılmasını şərtləndirdi. Azərbaycan oronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq ÜST vasitəsilə dünyanın 80-dən çox ölkəsinə könüllü maliyyə yardımı ayırdı, bir sıra ölkələrə ikitərəfli əsasda yardım həyata keçirildi. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi bu gün də dünyada baş verən kataklizmlərə, qlobal problemlərə yalnız əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü beynəlxalq birliyə nümayiş etdirir. Cənab Prezident bu günlərdə nüfuzlu “Euronews” telekanalına müsahibəsində bir çox məqamlarla yanaşı bu mövzuya da xüsusi toxunaraq, dünyaya sülhün, həmrəyliyin gəlməsinə ehtiyac olduğunu vurğuladı.

 

               Kamran Zeynalov;

               Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı

Bir cavab yazın