Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.
Noyabrın 24-də paytaxtımız Bakı şəhərinindəki Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşündə dövlət və hökumət başçıları ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib. Qeyd edilib ki, bu il Birləşmiş Millətlər Təşkilarının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25 ili tamam olur. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Keçən müddət ərzində təşkilata daxil olan ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir.
Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Eyni zamanda prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində Zirvə görüşündə iştirak ediblər. Bu tərkibdə keçirilən Zirvə görüşü görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına əminlik yaradır.
PECA-ya üzv dövlətlər təşkilatın fəaliyyəti illərində öz dövlət suverenliyini möhkəmləndirib, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilib və iqtisadi cəhətdən sürətlə inkişaf ediblər. Üzv dövlətləri daha bir amil – siyasi sabitlik birləşdirir. Çünki sabitlik olmadan iqtisadi inkişafdan söhbət gedə bilməz.
Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu da dövlətlərin və xalqların böyük nailiyyəti və uğurudur.
Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib. Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5.5 faizə düşüb”.
Vurğun Şirəliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri