Qəhrəmanlarımıza hörmət və ehtiram.
Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabrında ölkəmizə xaincəsinə basqın etməsi ilə İkinci Qarabağ müharibəsi alovlandı. Qorxubilməz, mərd oğullarımız silaha sarılaraq, müqəddəs Vətənimizin müdafiəsinə qalxdılar. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs Müzəffər Milli Ordumuzun sıralarına könüllü şəkildə daxil olub, cəbhələrdə azğın düşmənlə qanlı döyüşlərə atıldı. Əsgərlərimiz, zabitlərimiz göstərdikləri misilsiz igidliklərlə xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrini yazdılar. Onların torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəsi dillər əzbəri oldu, dastanlara çevrildi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ordu quruculuğuna önəm verən, ordunu həmişə diqqətdə saxlayan Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəmanlarımıza hörmət və ehtiram göstərərək 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi barədə Qanun imzaladı. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Hazırda Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə mütəmadi səfərləri, açılışlarda şəxsən iştirakı ölkə başçısının işğaldan azad edilən hər qarış torpağın dirçəlməsində maraqlı olmasının sübutudur. 44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir və bu Zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur. Qəhrəmanlarımıza hörmət və ehtiram milli-mənəvi dəyələrimizdən biri və müqəddəs amalımızdır.
Kamran Xankişiyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri