Milli həmrəyliyi yaşadan uğurlu “iqtidar-xalq” modeli.
Azərbaycanın ərazi bütövlüyü, tarixi qələbəmiz fonunda YAP-ın cəmiyyət həyatındakı aparıcı rolunu nəzərə alaraq yenilənməyə, günün tələblərinə uyğun olaraq dəyişikliklərə, inkişafa açıq olmasının vacib önəm kəsb edib. II Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər, ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsi aparıcı siyasi təşkilat kimi YAP-ın da qarşısında çox mühüm vəzifələr qoymuş oldu. 44 günlük Vətən müharibəsində YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb. Regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın haqlı mövqeyinin ifadə edilməsi, 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyətinin geniş ictimai fikrə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Tarixi Zəfərdən, Vətən müharibəsindən sonra ölkəmizin həyatında baş verən mühüm dəyişikliklər YAP-ın da yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirmişdir. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada YAP-ın VII Qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir”.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilməsini mühüm önəm kəsb edib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümü hesab edilir. Bununla yanaşı güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Məhz bu kontekstdə beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Eyni zamanda YAP öz təşəbbüsləri sayəsində partiyalarası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alsaq ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Həmçinin YAP milli həmrəyliyi yaşadan uğurlu iqtidar-xalq modeli ortaya qoyub. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Sözsüz ki, bütün müasir tendensiyaları və regionda yaranmış yeni reallıq YAP-ın yeni Proqramında da öz əksini tapıb”.
Kamil Qardaşov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini