Loading

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Noyabr – Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Ağdam rayonunun necə işğal olunduğunu da heç zaman unutmuruq, unutmayacağıq.

Bu gün əminliklə söyləyə bilərik ki, Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.

23 noyabr 2020-ci ildə baş tutan səfər zamanı Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması, dağıdılmış Ağdam Cümə məscidini ziyarət xalqımıza qürur dolu anlar yaşatdı.

28 may 2021-ci ildə Cənab Prezidentimiz tərəfindən edilən səfər Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimləri ilə yadda qaldı. Həmçinin, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq oldu. Bundan əlavə, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri könülləri oxşadı. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq xalqımızın yaddaşına silinməz izlərlə həkk olundu.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır.

 

Böyükkişi Cəbrayılov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatınən sədr müavini

Bir cavab yazın