Loading

Milli həmrəylik.

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Xankəndinin əsas meydanında keçirilən hərbi paradda çıxış edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsini belə ifadə etdi: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”.

Vətən Müharibəsinin cəmi 44 günə tarixə çevrilməsi qürurverici reallıqdır. Lakin həmin 44 gün üçün müvafiq şəraitin, yetərli gücün əldə edilməsi heç də qısa zamanda baş vermədi. Bu, illərlə çəkilən zəhmətin, aparılan müstəqil siyasətin, hücum diplomatiyasının və qətiyyətli qərarların sayəsində reallaşdı. Məhz bu səbəbdən də cənab İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quruculuğuna dair bütün mühüm tədbirləri ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirdi. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar milli ordumuzun dünyanın ən qüdrətli silahlı birləşmələri sırasına daxil olmasına imkan yaratdı. Prezident İlham Əliyev dövlət quruculuğunda ordu ilə bağlı məsələlərin mahiyyətini açıqlayaraq bildirirdi ki, orduya hər il ayrılan xərclər artır və bu siyasət davam etdiriləcək. Əlbəttə ki, ölkəmizin artan iqtisadi qüdrəti imkan verirdi ki, ordumuzun maddi-texniki bazası daha da güclənsin. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır.

Prezident İlham Əliyevin Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Hərbi paradımızın Xankəndində keçirilməsi Qarabağ dastanının nöqtəsi oldu. O, heç bir fərq qoymadan hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu böyük qələbəsi ilə Prezident kimi xalqının xoşbəxt gələcəyinin qarantı olduğunu sübut etdi. Bu misilsiz parlaq Qələbə ilə Ali Baş Komandan nəinki rüsvayçı qonşularımızı,erməniləri və Ermənistanı məğlub etdi, həm də düşmənlərimizin havadarlarını da məğlub etdi.

 

Səadət Səfərova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın