44 günlük müharibənin 10 noyabr 2020- ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan bizə qaytarılsın.
Xankəndi şəhərində 8 Noyabr-Zəfər bayramının üçüncü ildönümünə həsr olunan paradın keçirilməsi Azərbaycanın müasir tarixinə ən qürurverici günlərdən biri kimi yazıldı. Bu tarixi gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin paradda çıxışı düşmənə və onun havadarlarına torpağın əsl sahibinin kim olduğunu xatırlatmaqla yanaşı, onlara revanşist hislərini, məkrli planlarını bir kənara qoymaları üçün ciddi mesaj idi. Reallıq ondan ibarətdir ki, tarixi torpaqlarımızın işğaldan azad olunması nəticəsində haqq- ədalət bərpa olundu. 20 sentyabr 2023-cü il bizim tariximizdə əbədi qalacaq, necə ki, 8 Noyabr tarixi belə unudulmaz günlərdən biridir. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla da, separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Bu tarixi Qələbə Prezident İlham Əliyevin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu bir xalqın öz lİderi ilə həmrəyliyinin, birliyinin təntənəsidir.
Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi.İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq. Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız.
Mehrac Gözəlov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri