Loading

Qubadlı şəhərinin işğaldan azad edilməsi xüsusi peşəkarlıq tələb edirdi.

Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.

2020-ci ilin 25-26 oktyabrı tarixin səhifələrinə və təqvimə  erməni işğalından  Zəngilan rayonunun Birinci  Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndlərinin Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad olunması kimi düşüb.

Döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi, lakin düşmənin hərbi cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Xalq yalnız qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək artıq mümkün deyildi.

Azərbaycan Ordusu əzmlə irəliləyir və ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək Zəfərə gedən yolu günbəgün yaxınlaşdırırdı. Artıq “Dəmir Yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və beləliklə, Ordumuzun əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən üç il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.

 

Elmira Kazımova,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın