Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 47,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı və panedemiya bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, əvvəlki sürətlə davam etdirildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Həssas əhali qruplarının, xüsusilə şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir. 2018-ci ildə yenidən ölkənin Prezidenti seçildikdən sonra dövlət başçısının həmin il aprelin 19-da imzaladığı ilk Fərman da məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub.
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra müharibə əlillərinin, şəhid ailələrinin, qazilərimizin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm işlər görülüb və bu proses davam etdirilir. Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 47,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
Fərid Qasımov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri