Loading

 Postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib.

Ölkədə aparılan sosial islahatlar müavinət və təqaüdlərdə davamlı artımları təmin edib. Son beş ildə Azərbaycanda müavinət və təqaüd ödənişləri 5 dəfə artmaqla 400 mln. manatdan 1,9 mlrd. manata çatıb. Sosial islahatların mühüm istiqaməti kimi müavinət və təqaüdlərdə davamlı hal alan artlımlıar 2023-cü ilin əvvəlindən də davam edib. Belə ki, cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib. Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.Ayrı-ayrı müavinət və təqaüdlərdəki yüksək artımlar xüsusilə diqqət çəkir. 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100% pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 400 manata, 31-60% pozulmasına görə (III dərəcə) 330 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 300 manata çatdırılıb. Ümumilikdə, qeyd olunan təqaüdlərdə son beş ildə orta hesabla 3 dəfədən çox artım olub. Yaxud uşağın anadan olmasına görə birdəfəlik müavinət 76 faiz, son beş ildə isə 4,6 dəfə artımla 500 manata, dəfn üçün birdəfəlik müavinət 42,9 faiz, son 5 ildə isə 3,4 dəfə artımla 500 manata çatdırılıb. Elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 500 manata, fəlsəfə doktorları üçün 300 manata çatdırılıb (son beş ildə 2,5 dəfə artıb). Prezidentin fərdi təqaüdü 1500 manata çatdırılıb (son beş ildə müvafiq olaraq 33,3% və 50% artım).

Ölkəmizin tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib. İndiyədək onlara dəstək yönümlü 300 min xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə: şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olanlara 13 900 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib.

 

Yalçın Abıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın