Prezident İlham Əliyev Qarabağa səfəri çərçivəsində Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfəri çərçivəsində Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazi tarixən Qafqaz Albaniyasının tərkibinə daxil olmuş, onun sosial-mədəni və hərbi-siyasi tarixində önəmli yer tutmuşdur. Bu baxımdan qəsəbənin yaxınlığında yerləşən müqəddəs Yelisey monastırının Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlı olması təsadüfi deyil.
Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.Dövlətimizin başçısı su anbarında görülən işlərə dair videoçarxa baxdı.
Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.
Prezident İlham Əliyev Suqovuşan su anbarını işə saldı. Qeyd edildi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir. Bildirilib ki, su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. Belə geniş ərazidə təməlqoyma mərasimindən ötən qısa müddət ərzində gözoxşayan istirahət parkının yaradılması olduqca füsunkar, bənzərsiz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsinin tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcəyini sübut edir.
Ağaş Paşayev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri