Loading

“İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən – yalnız
Azərbaycandan torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi bir hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir.”

Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Türkiyə Cümhuriyyətinin Atatürkçü yolu Azərbaycan üçün örnəkdir. Biz bu örnəyə sadiq qalacağıq, öz iradəmizi göstərərək ölkəmizi cümhuriyyət yolunda işıqlı sabahlara aparacağıq. Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün belədir. Ona görə də Türkiyə-demokratik, Atatürk Türkiyə Cümhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik. Nəinik özümün, bütün Azərbaycan xalqının fikrini deyirəm. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir. Bunların hamısının olduğu yerdə gərək Türikyədə iş adamları, dövlət adamları, adi bir vətəndaş da bilsin ki, Azərbaycanın mənafeyi Türkiyənin mənafeyidir, Azərbaycanın dərdi Türikyənin dərdidir. Türikyə də, biz də böyük öndər Mustafa Kamal Atatürkün sözlərini tez-tez xatırlayırıq. O, vaxtilə demişdir ki, Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz də deyirik ik, Türikyənin dərdi bizim dərdimizdir, Türkiyənin sevinci bizim sevincimizdir. Mustafa Kamal Atatürkün vəsiyyəti həm Türikyə üçün, həm də Azərbaycan üçün eyni xarakter, eyni əhəmiyyət daşıyır. Əminik ki, bu dostluq, qardaşlıq əbədi, daimi olacaq, sarsılmaz olacaqdır. Bu Cümhuriyyəti yaradan, onun banisi, qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün xidmətləri bu gün hər kəsin gözünün önünə gəlir. O, hər kəsin ürəyindədir.

Ankara Gülhanə Hərbi Tibb Akademiyasında çıxışı zamanı Ümumilli lider Heydər Əliyev Mustafa Kamal Atatürkün son mənzilini ziyarət etdiyini və məzarının yanına Azərbaycan torpağı qoyduğunu belə ifadə etmişdir: “Mən Türkiyəyə 1992-ci ildən gəlirəm və hər dəfə Türkiyəyə gəldiyim zaman mənim müqəddəs vəzifəm böyük öndər Atatürkün qəbrini, onun məqbərəsini ziyarət etməkdir, onun böyük şəxsiyyəti qarşısında baş əyməkdir, onun gördüyü işlərin və yaratdığı Cümhuriyyətin əbədiyyətə qədər olacağına inamımı bildirməkdir. Biz bilirdik ki, Türkiyənin hər bir diyarından, hər bir vilayətindən torpaq gətirirlər və böyük Mustafa Kamal Atatürkə hörmət və ehtiram rəmzi olaraq o torpağı qəbrin yanma qoyurlar. Bu, həqiqətən çox böyük bir hadisədir. Bu, xalqın Mustafa Kamal Atatürkə, onun qoyduğu yola, onun irsinə, onun mirasına daim sədaqətli olduğunu bir daha göstərir. İİk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən – yalnız Azərbaycandan torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin bütün diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir. Mən bu gün çox məmnunam ki, bu işləri görə bilmişəm.”

Heydər Əliyev müdrik siyasətçi, rasional keyfiyyətlərə sahib nəhəng lider olaraq “biz bir millət, iki dövlətik” fəlsəfəsini bir məqsədlə – Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi ideyasında birləşdirərkən bu bünövrəni uzun onilliklərin siyasi idarəçilik təcrübəsində sınaqlardan çıxmış peşəkarlıq gücü, xarizmatik keyfiyyətlərlə ilə elə formalaşdırmış, sistemləşdirmişdir ki, bu ideya – həyat fəlsəfəsi Ulu Öndərin əbədiyyətə qovuşduğu 20 il qədər heç də az olmayan bu müddətdə nəinki sarsılmamış, əksinə qüvvətlənmiş, çiçəklənmişdir. Bu gün “biz bir millət, iki dövlətik” fəlsəfəsinin yenilməz meyarları – türk birliyi, türk həmrəyliyi prinsipləri Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyevin dolğun siyasi idarəçilik səriştəsi ilə  monolit körpüyə çevrilmişdir.

 

Əzizə Abdulllayeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın