Loading

“Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir.”

Misir-Azərbaycan əlaqələri qədim tarixə malikdir. Ancaq Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr dövlətlərarası əlaqələrə çevrilibdir və Misir ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq yaranıbdır. Qısa bir zamanda – bir neçə il ərzində Misir ilə Azərbaycan arasında siyasi sahədə, mədəniyyət sahəsində əlaqələr genişlənib və iqtisadi sahədə müəyyən əlaqələr yaranıb, onlar da inkişaf edir.

Misir Azərbaycan üçün dost, qardaş ölkədir. Misir dünyada özünəməxsus yer tutub, Afrika qitəsində, ərəb aləmində böyük təsirə malikdir və bir çox beynəlxalq problemlərin həll olunmasında aparıcı rol oynayır. Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir. Biz Misir Ərəb Respublikası ilə beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik və böyük məmnuniyyətlə deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında və başqa beynəlxalq təşkilatlarda Misir Azərbaycanın haqq işini həmişə müdafiə edib, Ermənistanın Azərbaycana təcavüzünü pisləyib və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyibdir. Misirin belə bir mövqeyini biz yüksək qiymətləndiririk və əminik ki, Misirlə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək həm Misir, həm də Azərbaycan xalqları bundan bəhrələnəcəkdir.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə bir çox sahədə söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. Ulu Öndər Heydər Əliyevin dövlətlərarası münasibətlər haqqında söylədiyi hər bir fikir bu gün də öz aktuallığını saxlayır. 23 iyul 1999-cu ildə Misir Ərəb Respublikasının milli bayramı – iyul inqilabının 47-ci ildönümü münasibətilə Misirin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Ümumilli lider Heydər Əliyevin nitqi bu baxımdan olduqca qiymətlidir: “Azərbaycan xalqı Misirin qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan əlaqələri çox əzizdir”.

 

Pərviz Cavadov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın