İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Bu barədə Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində deyilib. Prezident diqqətə çatdırıb ki, uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. 30 ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”, – dövlət başçısı müraciətində bildirib. Müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi də tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqəti çəkir.Bu gün dünya ictimaiyyəti Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini də heyrətlə izləyir. Bundan başqa, Prezident İlham Əliyev Qafqazın incisi hesab olunan və 28 illik düşmən əsarətindən qəhrəmancasına azad edilən Şuşaya hər səfərində şəhəri dünya ictimaiyyətinə təkcə mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq -siyasi tədbirlərin məkanı kimi təqdim edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır. Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları,körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, əktəblər,xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Eyni zamanda, füzulili məcburi köçkünlərin Füzuli şəhərində bu gün də davam məskunlaşmaları sürətlə davam edir. Zəngilanda inşa edilən Ağalı kimi «ağıllı kənd»in tikişlməsi və orada əhalinin məskunlaşması isə bu istiqamətdə yeni və innovativ layihədir. Məlumdur ki, Prezident İlham Əliyev 2023-cü ildə də Böyük Qayıdış üçün genişmiqyaslı işlərin həyata keçiriləcəyinin anonsunu bu ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində vermişdi. Vurğulamışdı ki, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri yenə də dövlətin əsas diqqət mərkəzində olacaqdır: “Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq… 2023-cü ildə laçınlılar Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlar.” Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də verdiyi sözə vaxtında və dəqiqliklə əməl etdi. Artıq bir neçə aydır ki,adı çəkilən kəndlərdə məskunlaşma prosesi başlayıb.
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini