Loading

Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib”bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.30 ilə yaxın bir müddət idi ki, Ermənistan tərəfindən torpağlarımız işğal altında idi. Bildiyimiz kimi, Azərbaycana qarşı təkcə son 30 il ərzində deyil, tarixin bütün dövrlərində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib.Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə qədər heç birinə hüquqi qiymət verilməyib.Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bildiyimiz kimi Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdır və bu sayca birinci deyil.Belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir. Onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.Lakin, bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.Bundan sonra Azərbaycan xalqına ən böyük etnik təmizləmə siyasəti 20 Yanvar və Xocalı faciəsində olmuşdur. Burada qoca, qadın, uşaq demədən fəhşicəsinə qətl edilmişdi. Xalqımız bunu unutmadı və unutdurmadı və ikinci Qarabağ müharibəsi nəticəsində öz intiqamını aldı və ədaləti bərpa etdi.

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal gənci

 

Bir cavab yazın