Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu.
İkinci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Ermənistanın ölkəmizə qarşı 30 il davam etmiş işğalçılıq siyasətini faktlarla xatırladaraq bildirdi ki, Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozaraq Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın. İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Azərbaycan 28 il ərzində ədalətin bərpa edilməsini gözlədi. Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz oldu.
Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev vurğuladı ki, Ermənistanın iki prezidenti Xocalı soyqırımında iştirak edib. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.
2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev iştirakçıların diqqətinə onu da çatdırdı ki, 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Cari il aprelin 23-də ölkəmiz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratmaqla ərazi bütövlüyünü, 19-20 sentyabr tarixlərində keçirilmiş 24 saatlıq antiterror tədbirləri nəticəsində isə öz suverenliyini bərpa etdi.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini