Loading

Bir millət, iki dövlət şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü iki dost, qardaş, müttəfiq ölkənin birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.

Dünyanın diqqət mərkəzində olan bu səfər mühüm məqamlarla, verilən mesajlarla zəngin oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması, sabaha bir çağırışdır. İmzalanan sənədlər bu çağırışların, hədəflərin mahiyyətinə işıq salır. Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı olan tarixi Zəfərimizdən bu günədək iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Dünyaya qardaşlığın, müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan və Türkiyənin daim bir-birinin yanındadır, iki dost ölkənin Prezidentlərinin şəxsi münasibətləri bu əlaqələri daha da möhkəmləndirir, sarsılmaz edir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri ümumilikdə Türk dünyasının birliyinə böyük töhfədir.

 

Gündüz Əsgərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın