Loading

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”.

Azərbaycanla Türkiyə iki qardaş, dost ölkələrdilər və onlar arasında əlaqələr gündən-günə daha da inkişaf edərək güclənir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin də bir çox aspektlərdən xüsusi əhəmiyyəti var idi. Çünki Naxçıvan Azərbaycan üçün strateji bir bölgədir və zaman-zaman Ermənistanın hücumuna məruz qalan bölgələrimizdən biridir. Hər iki ölkə başçısının Naxçıvana səfəri Azərbaycan və Türkiyə əlaqələrini daha da gücləndirir, möhkəmləndirir.

“Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür, xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaralarının sağalmasına verdikləri güclü dəstək üçün öz adımdan və millətim adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq.”

Hər iki ölkə liderinin Naxçıvana səfəri zamanı imzalanan Azərbaycan-Türkiyə sənədlərindən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”dir. Müvafiq sənədə əsasən dövlətimiz zəlzələ bölgəsinin bərpasında, tikinti işlərində yaxından iştirak edəcək.

Bu faktlar dünyada Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkələrin olmadığını göstərir. Bu sarsılmaz qardaşlıq 44 günlük Vətən müharibəsində də özünü parlaq şəkildə nümayiş etdirdi. Hazırda regionda yeni proseslər baş verir. Qarabağda antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam təmin olunub. Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib. Türkiyə Prezidenti isə vurğulayıb ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Çünki, sülhün uduzanı olmaz.

 

Tarel Nağıyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın