Loading

II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.

Ordumuz 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika ilə təchizatı, ordumuzun döyüş potensialının gücləndirilməsi, müntəzəm olaraq keçirilmiş təlimlər, hərb sənayesinin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.

İkinci Qarabağ müharibəsi dövründə xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyimizin sarsılmazlığı faktoru idi. Minlərlə gənc qəsbkar erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini bildirdilər. Arxa cəbhədə olanlar isə həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşan qəhrəman əsgər və zabitlərə əllərindən gələn köməyi əsirgəmədilər. Hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Bütün bunlar bir daha onu göstərdi ki, vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə gəlir.

 

Şəhriyar Ələkbərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

Bir cavab yazın