Müzəffər Ali Baş Komandanın antiterror əməliyyatlarından sonra xalqa müraciəti zamanı səsləndirdiyi fikirlər, həm də dünyaya mesaj idi.
Artıq üç ilə yaxındır ki, işğaldan azad olunan torpaqlarımıza yeni nəfəs gəlib, bir zamanlar əsir olan yurdlarımızda canlanma var. Demək olar ki, hər gün 30 ilə yaxın müddətdə yurd-yuvalarından ayrı düşmüş məcburi köçkünlərimiz xoşbəxt şəkildə, böyük sevinc hissi ilə öz el-obalarına geri dönürlər. Bir zamanlar mənfur düşmən tərəfindən talan edilmiş, dağıdılmış, yerlə-yeksan edilmiş yurd yerlərimiz bu gün böyük tikinti meydanına çevrilib. Ən müasir şəkildə yenidən qurulan tarixi məkanlarımız nəinki əvvəlki şöhrətini özünə qaytarır, həm də ən müasir görkəmi ilə müasir dünyanın tələb və təkliflərini özündə cəmləşdirir. Əlbəttə ki, bütün bunlar mənfur düsmənlərimizi narahat etməyə bilməzdi. Böyük qısqanclıq hissi ilə Azərbaycanın uğurlarını gözü götürməyən düşmən və onun dəyirmanına su tökən xarici qüvvələr mövcud sabitliyi pozmaq, terror aktları törətməklə narahatlıq yartmağa cəhd etdilər. Bəli, 2020-ci ildə olduğu kimi Şanlı ordumuzun gücü qarşısında aciz qalan düşmən bu dəfə də xain planlara əl atdı. Sentyabrın 19-u qanunsuz erməni silahlılarının Xocavənd rayonu ərazisində basdırdığı minaya düşən 4 polis ve 2 mülki vətədaşımızın şəhid xəbəri gəldikdən sonra Azərbaycan səbrin də bir həddi var deyərək düşmənə layiq olduğu zərbəni vurdu, onu yenə diz çökdürdü. Cəmi 23 saat 43 dəqiqəyə düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Hər zaman olduğu kimi bütün prosesləri xüsusi nəzarətində saxlayan Ali Baş Komandan bu dəfə də Qələbə müjdəsini qədirbilən xalqımızla bölüşdü. Cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi; “Mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır” fikrini bu dəfə də əməli ilə sübut etdi. Şanlı ordumuz daha bir zəfərə imza atmaqla gələcək nəsillərə bütöv, sabit, qüdrətli Azərbaycanın ərməğan edilməsinə töhfə vermiş oldu. Müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı səsləndirdiyi fikirlər, həm də dünyaya mesaj idi. Mənfur niyyətli bəzi xarici dairələrin əlində alətə çevrilmiş Ermənistanın son üç ildə düşdüyü vəziyyət bu dövlətin tezliklə məhvini labüd edir. İnanmaq istəyirik ki, erməni cəmiyyəti gec də olsa reallığı başa düşəcək, özünütəcrid siyasətindən əl çəkəcək. Vəziyyətin belə davam etməsi yalnız və yalnız onların ziaynına olacaqdır. Qürurvericidir ki, bu gün şəhidlərimizin qanı, canı bahasına işğaldan azad etdiyimiz torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan ordusu hər zaman vətənin keşiyindədir!
Nigar Sadıqova;
Neftçala rayon sakini