Loading

Azərbaycanın zəmanəti.

Azərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi belə deməyə əsas verir. Bu tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.

Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi. Antiterror tədbirləri lokal və məhdud şəkildə həyata keçirildi. Azərbaycan Silahlı Qüvvələri Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə də lazımi məlumatları vermişdi. Azərbaycan antiterror tədbirlərinin məqsədini açıqladı, prosesin dayanması barədə razılıq əldə olundu. Artıq erməni silahlıların tərksilah olunması barədə Azərbaycana zəmanət verildi.

Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə dair məlumatında bildirilib ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. “Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.”

Lokal xarakterli antiterror tədbirlə­rinin uğurlu olması Prezident İlham Əli­yev tərəfindən də qiymətləndirildi. Dövlət başçımız sentyabrın 20-də xalqa mü­raciətində bu barədə dedi: “Qeyd etmə­liyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır rel­yef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstər­mişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanun­suz yerləşdirilmiş və Ermənistan dövləti­nin öhdəliyinə baxmayaraq, bu günə qə­dər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Beləliklə, ordumuzun yüksək peşə­karlığına dostlarımız da, düşmənlərimiz də bir daha şahid oldular. Dostlarımız sevindilər, düşmənlərimiz kədərləndilər. Əminliklə demək olar ki, antiterror təd­birlərinin peşəkarlıqla həyata keçirilməsi nəticəsində ölkəmizin qarşısına qoyduğu strateji hədəflərə tam nail olundu. Qon­darma separatçı rejimin bir sutka ərzində ağ bayraq qaldırması da, əslində, tədbir­lərin uğurlu olmasının təsdiqidir.

 

Pərviz Hacıyev

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri

 

Bir cavab yazın