Loading

 

Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak

26 avqustda Laçın şəhərində – Həkəri çayının sahilində ilk dəfə “Laçın Şəhəri Günü” bayram tədbiri keçirildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bayram tədbirində çıxış etdi, laçınlıları, bütövlükdə xalqımızı təbrik etdi.

44 günlük müharibədə Laçının xeyli kəndlərini azad edən şanlı Ordumuz, nəhayət Şuşada bayraq qaldırmaqla düşmənin belini qırdı! Bəlli olduğu kimi bundan sonra Ermənistan öz üzərində öhdəliklər götürdü və 1 dekabradək Laçın ərazilərini qismən boşaltdı. Ötən ilin 26 avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndlərində də dövlət bayrağımız qaldırıldı. Cənab prezident İlham Əliyevin imzaladığı Sərəncamla 26 avqust tarixi “Laçın Şəhəri Günü” kimi tarixə həkk olundu.

Bu il – azadlığının birinci ilində “Laçın Şəhəri Günü” böyük coşğu, qürur və yeni üfüqlərə qanadlanmalarla bayram edildi. Müzəffər Ali Baş Komandan 50 illik yubileyini Ağcabədidə – Taxtakörpüdə məskunlaşmış laçınlılarla keçirdiyini və onlara verdiyi sözü xatırlatdı. Bir daha təsdiq olundu ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”!

“Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq”!

Həmin gün yalnız laçınlılar deyil, ayrı-ayrı bölgələrimizi, vətəndaş cəmiyyəti institutlarımızı, dövlət orqanlarımızı və yaradıcılıq qurumlarımızı, eləcə də ölkəmizdəki diplomatik korpusu təmsil edən insanlar Laçın Şəhəri Bayramında idi. Dövlət başçısı bayram çıxışında dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”!

Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün öz gücümüz hesabına bərpa etməyimizdir!

Fəridə Ələkbərova,

YAP Neftçala rayon təşkilatının üzvü

 

Bir cavab yazın