Loading

“Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz.”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Ümummilli ideologiyamız kimi səciyyələndirilə biləcək azərbaycançılıq ideologiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq.  2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı mühüm Sərəncam dahi şəxsiyyətin 100 illik yubileyinə ən böyük töhfədir. Bu Sərəncam eyni zamanda, xalqımızın dahi rəhbərinə olan sonsuz hörmət və ehtiramını, sevgisini bir daha çatdırmaq, Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəsillərə ötürmək üçün bizlərə geniş imkan yaradır. 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə gənclərlə bağlı gördüyü işləri, misilsiz xidmətləri, söylədiyi tematik sitatları xatırlamaq yerinə düşərdi. “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” deyəndə dahi şəxsiyyətin bu sahədə gördüyü işlər hər birimizin gözü önündə canlanır.

“Azərbaycan gəncliyi” dedikdə bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. Ümummilli liderimiz hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi, gənclər sahəsinə gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Ümummilli lider düşünürdü ki, Azərbaycanın inkişafı, parlaq gələcəyi yalnız savadlı, bilikli, intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir”.Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Gənclərin elmli, savadlı, vətənpərvər ruhda böyüməsi Ulu Öndər Heydər Əliyev siyasətinin, ideologiyasının əsas xəttini təşkil edir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir. “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik. Azərbaycanda Gənclər siyasətinin aparılmasının əsası 1996-cı ildən əsaslı olaraq başlamışdı. 2 fevral “Gənclər gününün”qeyd edilməsi 1996-ci ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu gəncliyə olan inam, sevgi, diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Ulu Öndərin gənclər barəsində fikirləri hər zaman öz fərqliliyi ilə seçilmişdir. “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi qəbul etməli və həyatını qurarkən, fəaliyyətə başlayarkən tək özü ailəsi haqqında yox, daha çox müstəqil Azərbaycanın bugünü gələcəyi haqqında düşünməlidir. ”Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünki gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Hər zaman gənclərə inanan güvənən Ulu Öndərimiz nitqində deyirdi:
“Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdəndə qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”
Bu gün Azərbaycan gənci sözün əsl mənasında dövlət qayğısını öz üzərində hiss edərək, uğurları, nailiyyətləi ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Bugün Heydər Əliyev siyasətini layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir.
“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə bizə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” Cənab Prezidentimiz ötən müddət ərzində gəncləri bütün sahələrdə irəli çəkdiyi göz önündədir. Dövlət başçımız biz gənclərə inanır və bizimdə borcumuz hər zaman Cənab Prezidentimizin  yanında olmaqdır. Bundan sonrada Azərbaycanın müstəqilliyi, möhkəmlənməsi, qüdrətinin artması yolunda əlimizdən gələni edəcəyik.

 

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

 

Bir cavab yazın