Azərbaycanın hərəkətləri qanunidir.
BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxri bat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Yaşar Əliyev sərhəd-buraxılış məntəqəsinin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayının faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdığını diqqətə çatdırıb. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Ermənistan isə əksinə..
Bu müzakirələri Ermənistanın fiaskosu və ümumilikdə Ermənistan diplomatiyasının, onların havadarlarının məğlubiyyəti adlandırmaq olar. Rəsmi Yerevan növbəti məğlubiyyəti ilə barışmalı, Qarabağda yaşayan erməni əhali isə anlamalıdır ki, Azərbaycanın şərtləri əsasında danışıqlara getmək labüddür. Çünki beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir.
Şölə Bağırova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilat sədrinin müavini