Loading

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Sarıqamış İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mikayıllı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Bizimneftcala.info xəbər verir ki, Çıxış edənlər 01 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar görüş iştirakçılarını məlumatlandırıb, Prezident cənab İlham Əliyevin uşaqların müdafiəsi onların sağlam mühitdə böyüməsi üçün verilən tapşırıq və tövsiyyələri nəticəsində yeni parkların, əyləncə qurğularının qurulmasından, bu istiqamətdə verilən Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.

Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsilə sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün daha rahat təhsil ocaqlarının inşa edilməsindən, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərilən diqqət, qayğısından, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq- quruculuq, yenidən qurma işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.

Səyyar qəbulda əsasən yol infrastrukturundan, telekomunikasiya qovşaqlarının mövcud vəziyyətindən, Mikayıllı kəndinin qazlaşmasından, torpaq islahatı aparıldığı zaman yerli kənd əhalisinə torpaq verilməməsi və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar aparılan abadlıq quruculuq, yenidənqurma işlərinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcəkdir.

Bir cavab yazın