Loading

Neftçala RİH başçısı vətəndaşlar tərəfindən edilən müraciətlərin vaxtında həlli üçün Xol Qaraqaşlı kəndində olub. Vətəndaşların çox saylı müraciətlərinə əsasən Akkuşa çayında suyun limitinin artırılması, suyun ədalətli şəkildə və növbəlilik qrafikinə uyğun olaraq verilməsi ilə əlaqədar olaraq sakinlərlə görüş keçirilib. Görüş zamanı vətəndaşlar tərəfindən ediləm müraciətlərə əsasən Neftçala Suvarma Sistemlərinə aid Xol Qarabucaq və Xoltəzəkənd nasos stansiyaların su ötürmə gücünə və həmin kəndlər üzrə əkin sahələrinə baxış keçirilib. Vətəndaşlara arpa, buğda, yonca və arat suvarma suyunun növbəlilik qrafikinə və suvarma normalarına uyğun olaraq aparmaqları tövsiyə olunub.

Qeyd edək ki, vətəndaşlar tərəfindən olunan müraciətlər Rayon İcra Hakimiyyəti başçısının dünən (6 aprel) keçirdiyi səyyar görüş zamanı qeydə alınıb.

Bir cavab yazın