44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan Mehbalıyev Vasif Gülhəsən oölunun Neftçala rayonu Aşağı Surra kəndində şəhidin doğum günündə xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər şəhid Mehbalıyev Vasifin həyat yolundan, döyüş şücaətlərindən danışıb və ruhu ehtiramla yad olunub.
Şəhid Mehbalıyev Vasif Gülhəsən oğlu 26 mart 1994-cü il Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 16-da Neftçala rayon Aşağı Surra kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə Vasif Mehbalıyev ölümündən sonra təltif edilib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiribər.
Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar ilə davam edib.