Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və millət vəkili Sabir Rüstəmxanlı Neftçalanın ilk şəhidi Əfsər Gözəlovun məzarını ziyarət edib.⠀⠀
⠀⠀
BizimNeftcala.info xəbər verir ki, 1990-cı ilin yanvarında sovet ordusu Neftçala rayonuna yeridildiyi zaman Neftçalada günahsız və əliyalın sakinlərə divan tutuldu. 2 nəfər öldürüldü və 50-ə yaxın insan həbs edildi. Neftçala rayonu bu günə qədər 200 şəhid verib ki, bunlardan biridə Birinci Qarabağ döyüşləri zamanı Neftçala rayonunun Bankə qəsəbəsinin ilk şəhidi Gözəlov Əfsər Səttar oğludur.
Əfsər Gözəlov 1964-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Allahverdi Bağırovun batalyonunda döyüşən Əfsər xüsusi igidliklər göstərib. 1992-ci ildə Ağdərə ətrafında gedən döyüşlərdə ağır yaralanıb, Bakıya gətirilsə də həyatını xilas etmək mümkün olmayıb. Əfsər Gözəlov Bankə qəsəbəsində dəfn olunub. Şəhidin Bankə qəsəbəsindəki məzarı abadlaşdırılıb, məzarın ətrafında abadlıq işləri görülüb. Covid -19 pandemiyası ilə əlaqədar olaraq, az tərkiblə keçirilən ziyarətdə iştirak edən Bankə qəsəbənin bir neçə sakini, Əfsər Gözəlovun Birinci Qarabağ savaşında fəallığından, qəhrəmanlığından və igidliyindən danışıblar.