Neftçala rayon Heydər Əliyev Mərkəzində şəhid Mənəfov İbrahim Möhsüm oğlunun anım günü ilə əlaqədar “Əfsanələşən ömür” adlı sərgi və tədbir təşkil olundu.
Tədbirdə Neftçala rayon ümumtəhsil məktəblərin müəllim və şagird kollektivi, Mədəniyyət müəssisələrinin əməkdaşları,
Vətən müharibəsi iştirakçısı Cəfərov Xəyal, şəhid anaları və ailə üzvləri, şəhidin sinif yoldaşları iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla açıq elan olundu. Tədbiri giriş sözü ilə açan Mərkəzinin direktoru Könül Məmmədova şəhidliyi özünə ömür payı biçən Vətən oğullarının, şəhidlərimizin döyüş yolundan, göstərdikləri şücaətlər danışdı.
Daha sonra şəhid İbrahim Mənəfov haqqında hazırlanan sənədli film nümayiş olundu. Vətən müharibəsi iştirakçısı Xəyal Cəfərov şəhid anaları üçün adlı mahnı səsləndirdi.
Şagirdlər şeir kompozisiyaları ilə çıxış etdilər. Sonda Şəhid anaları, şəhidin sinif yoldaşları, ziyalılar çıxış edərək bildirdilər ki, Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Nə qədər zaman keçsə də bütün şəhidlərimizin xatirəsini əziz tutacaq və gənc nəslə çatdıracağıq.