Loading

Bizimneftcala.info APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin “Qarasu” OYL şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu fəhlə işlədiyi “İlkin-N” firmasının sexində başına sex kranının dəmir qarmağı dəyib. Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Bir cavab yazın