Loading

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təsis edildi.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnib. İmzalanan birgə Bəyanata əsasən noyabrın 25-i Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edilib.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlətimizin başçısı tərəfindən 2023-cü il iyulun 31-də Sərəncam imzalanıb. Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan olunub

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundular. Bu isə qəhrəmanlarımıza dövlət səviyyəsində göstərilən hörmət və ehtiramın bariz nümunəsidir.Tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs olaraq Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunmuşdur. Bu gün isə Kəlbəcər öz sakinlərini qarşılamaq qayğısı ilə yaşayır. Kəlbəcərdə yeni yaşayış məntəqələri, yeni yollar, infrastruktur obyektlər tikilib istifadəyə verilir, Kəlbəcərə həyat sanki yenidən qayıdır. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Rayonun enerji potensialı yenidən dirçəldilir. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.Yeni avtomobil yolları çəkilir, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. İlk yaşayış məhəlləsi artıq 3,26 hektar ərazidə layihələndirilib.

 

Tükəzban Mehtiyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın