1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı.

Sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub.

Bir neçə onillik davam edən erməni işağlı dövrünü tədbir iştirkaçılarına xatırladan mötərəm Prezident bildirib ki, “otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. Danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar istəsəydilər, buna çoxdan nail olmuşdular. Baxın, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi – onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və məlum idi ki, Ermənistan bunu istəmir. Onlar status-kvonu əbədi saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı daim öz nəzarətində saxlamaq istəyirdilər. Onlar bu yerlərdə, o cümlədən burada – Zəngilanda qanunsuz məskunlaşma aparırdılar. Ola bilər ki, bu, Zəngilanda o qədər də geniş vüsət almamışdı, amma Laçında, Kəlbəcərdə, Şuşada minlərlə qeyri-qanuni sakin məskunlaşdırılmışdı. Onlar Yaxın Şərqdən və digər ölkələrdən, diaspor tərəfindən dəvət edilmişdilər.”

Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni öz gücü hesabına həll etməklə həm ərazi bütövlüyünü, həm də beynəlxalq hüququ təmin etmiş oldu. İndi həmin torpaqlarda Azərbaycan genişmiqyaslı quruculuq işləri həyata keçirməklə Vətənin əsl sahiblərinin kim olduğunu bir daha bütün dünyaya sübu edir.

 

Kamil Qardaşov,

YAP Neftçala rayon təşkilatının üzvü

Bir cavab yazın