Loading

Türkiyənin 3 fərqli vilayətində 3 nəfərdə koronavirusun “Delta plus” ştammı aşkarlanıb.
BizimNeftcala.info  “NTV”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca ötən gün mətbuat konfransında məlumat verib. Nazir xəstəliyin qeydə alındığı yerlərdən birinin İstanbul olduğunu bildirsə də, digər 2 vilayətin adını açıqlamayıb. Fəxrəddin Qoca həmçinin bildirib ki, xəstələrin vəziyyəti yaxşıdır və onlar yataq xəstəsi deyillər.
Qeyd edək ki, hazırda Türkiyənin 30 vilayətində “Delta” ştammına yoluxma halı aşkarlanıb. İndiyədək ölkədə 284 nəfər bu ştamma yoluxub.

Bir cavab yazın